SƏHİYYƏ

Azərbaycan Prezidenti tibb işçiləri ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da tibb işçiləri il bağlı sərəncamlar imzalayıb. Dövlət başçısı bir qrup tibb işçisini təltif edib.
Sputnik

BAKI, 17 iyun – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev tibb işçilərinin peşə bayramı ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı özünün “Facebook” səhifəsində bunları yazıb:

“Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər.

Azərbaycan həkimlərinə eşq olsun!”

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 16-da tibb işçiləri il bağlı sərəncamlar imzalayıb. Dövlət başçısı bir qrup tibb işçisini təltif edib.