SƏHİYYƏ

“Koronavirus yoxdur” düşüncәsi xəstəliyi ağırlaşdırır” - həkim-infeksionist Natiq Əliyev

İlk dövrlərdə - mart ayında gәlәn xәstәlәrdә biz 7-10 gündәn sonra nəticələrin neqativlәşdiyini görsәk dә, hazırda bu müddətin 14 gün vә daha artıq da sürdüyünü görürük.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramı günü qeyd edilir. Bu gün Azərbaycanda koronavirusla görünməyən müharibənin ön cəbhəsində onlar durur. Bu gün bizim həyatımızı xilas etmək üçün öz həyatlarını təhlükəyə atanların peşə bayramıdır.

Sirr deyil ki, hazırda ölkədə koronavirusla bağlı acınacaqlı durum yaranıb. Hər gün yüzlərlə yeni yoluxma faktı aşkar edilir, ölənlərimizin sayı 100-ü keçib. Artıq bəzi həkimlər də Azərbaycanda İtaliyadakı vəziyyətin təkrarlana biləcəyi ilə bağlı bədbin proqnoz verirlər. Belə ki, ölkəmizdə mayın 4-dən etibarən sərt karantin qaydalarının yumşaldılmasından sonra bir çoxları izolyasiya tədbirlərinə əməl etmir, sosial məsafə gözlənilmir, insanlar maska taxmaqdan imtina edirlər.

Sputnik Azərbaycan COVID-19 xəstələrinin müalicəsində ilk gündən yaxından iştirak edən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyevlə müsahibəni təqdim edir.

“Koronavirus yoxdur” düşüncәsi xəstəliyi ağırlaşdırır” - həkim-infeksionist Natiq Əliyev

- Mərkəzi Neftçilər Xəstəxanası (MNX) nə zamandan COVID-19-la mübarizə üçün ayrılıb və siz bu komandaya nə zaman qoşuldunuz?

- Mart ayının 24-dәn MNX COVID-19-la mübarizə mərkəzi olaraq fәaliyyәtә başlayıb. Mən də həkim-infeksionist olaraq ilk gündәn bu komandanın üzvüyəm.

- Virusun ölkəmizdə ilk dəfə tüğyan etməyə başladığı ərəfələr və indi: nələr dəyişib? O cümlədən də xəstələrin özlərində aşkar etdikləri simptomlar və şikayətlərdə hansı dəyişikliklər nəzərə çarpır?

- İlk vaxtlar daha çox asimptomatik xәstә görürdüksә, hazırda gәlәn xәstәlәrin əksəriyyəti orta-ağır vә ağırdır. Nә dәyişdi, desәniz, bildirim ki, ilkin dönәmlәrdə insanlar ilkin şikayәtlәrlә müraciәt edirdi vә tez başlayan müalicә nәticәsindә ağırlaşma riski azalırdı. Amma sonradan insanlar “koronavirus yoxdur, insanları ora boşuna yığırlar” düşüncәsi ilә yanaşaraq artıq gec dönәmdә müraciәt etmәyә başladılar ki, bunun nәticәsindә ağır xәstә sayı vә evdә gizlin qalanlara görә yoluxanların sayı artdı.

- Müalicə etdiyiniz xəstələrdən danışaq. Hansı xəstələriniz yadınızda qalıb?

- Xəstələrimizdən biri 92 yaşlı Ağabәyim nәnә olub. O, bizim xəstəxanaya gәlmәdәn öncә regional COVID mәrkәzlәrindən birindә müalicә alırdı, daha sonra ağırlaşma ehtimalı nәzәrә alınaraq bizim mәrkәzә tәxliyә olundu. Nәnәnin yanaşı xәstәliklәrinin olmaması vә tez başlamış müalicәsi nәticәsindә müsbәt nәticә ala bildik.

- Bunadək burada olan xəstələri cins və yaş qrupuna görə necə təsnifləşdirmək olar? Bu günədək daha çox hansı yaşdan və hansı xəstəliklərdən, yəni paralel xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edib?

- Xəstələrimiz arasında 45-55 arası yaş qrupunda olanlar daha çox üstünlük tәşkil edib. Yanaşı xәstәliklәrə gəldikdə isə burada daha çox şəkər vә arterial hipertoniya, xroniki böyrәk çatışmazlığı olanların üstünlük təşkil etdiyini deyə bilərəm.

- MNX-da tibbi personal arasında yoluxma statistikası necədir?

- Tibbi personal arasında yoluxma ehtimalı az olan mәrkәzlәrdәnik.

Rusiyada daha bir acı rekorda imza atdı - Koronavirusa yoluxanların sayı 550 mini keçdi

- Müalicə və dərmanlar. İstəyərdim oxuculara bir qədər bu haqda da məlumat verəsiniz. Müalicədə əsasən hansı dərmanlar üstünlük təşkil edir və bunların yan təsiri ola bilərmi? Bildiyim qədər, biz daha çox yerli təcrübəyə əsaslanırıq.

- Müalicә seçilәrkәn bir sıra nüanslara diqqәt yetirilir. Yaş, xroniki xәstәliyin, klinik simptomların olub-olmaması və buna uyğun olaraq müalicә taktikasına qәrar verilir. İstifadә olunan preparatlara gəldikdə isə qeyd edim ki, müalicələr ÜST-ün tәklif etdiyi vә ölkәmizdә qәbul olunan protokollara әsasәn aparılır.

- Xəstələr ən geci neçə gündə neqativ nəticə alırlar?

- İlk dövrlərdə - mart ayında gәlәn xәstәlәrdә biz 7-10 gündәn sonra nəticələrin neqativlәşdiyini görsәk dә, hazırda bu müddətin 14 gün vә daha artıq da sürdüyünü görürük.

- Xəstəliyin hazırda əsas əlamətləri hansılar hesab olunur?

- Bu dönәmdә temperatur, ümumi halsızılıq, iybilmә və dadbilmәnin itmәsi, boğulma, tәngnәfәslik şikayәtlәrindәn biri olarsa, mütlәq yaxma götürülәrәk dәyәrlәndirilmәlidir.

- MNX-da reanimasiya ilə bağlı vəziyyəti öyrənmək istərdim. Bu günədək nə qədər belə xəstə olub və ümumiyyətlə reanimasiyanın xəstə tutumu nə qədərdir?

Koronavirus peyvəndi bizi 1 il qoruya biləcək

- Bizim mәrkәzdә intensiv terapiya şöbәsi daxil 16 yerlik reanimasiya çarpayımız var. Lakin sayla bağlı dəqiq rәqәm deyә bilmәyәcәm.

- Bunadək MNX-da COVID-19-dan ölüm halı qeydə alınıbmı?

- Tәəssüflәr olsun ki, reanimasyon tәdbirlәr edilib müalicә olunanların olmasına baxmayaraq, ölüm hallarımız da var.

- Şöbələr haqda da məlumat verərdiniz.

- MNX-da hazırda 3 stasionar şöbә, 1 intensiv terapiya vә reanimasiya şöbәsi aktiv şәkildә xәstә qәbul edir.

- Son olaraq hamilələrin sayı barədə danışardınız.

- Xəstəxanamızda izlәdiyimiz 15-dən çox hamilә xanımların demәk olar hamısı bu xəstəliyi asimptomatik şәkildә keçiriblər.