Koronavirusa yoluxanların sayı 8,1 milyonu keçdi

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 137 min 731 nəfərə çatıb.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 8174009-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Koronavirus peyvəndi bizi 1 il qoruya biləcək

Məlumata əsasən, virusa yoluxmuş 443 685 nəfər vəfat edib, 3 955 179 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 137 min 731 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 544 725 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.