RUSİYA

Ermənistanda ağır durum: Ölənlərin sayı 300-ü ötdü

Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 302-yə çatıb. Xəstəlikdən sağalanların sayı 6814 olub. Hazırda bu ölkədə 10818 nəfər xəstəxanada müalicə alır.
Sputnik

BAKI, 17 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 18033-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Rusiya bu gün koronavirus vaksininin sınaqlarına başlayır

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 544 nəfər artıb.

Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 302-yə çatıb. Xəstəlikdən sağalanların sayı 6814 olub. Hazırda bu ölkədə 10818 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə koronavirusa yoluxanların sayı 6 nəfər artaraq 888-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu keçib, 446 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.