RUSİYA

Ölü sayı 7 mini keçdi – Şimaldan bəd xəbər

Rusiyada koronavirusa yoluxanların sayı 537 210 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 143 nəfər artaraq 7 094-ə yüksəlib.
Sputnik

BAKI, 15 iyun — Sputnik. Rusiyada son bir gündə daha 8 246 nəfərə COVID-19 diaqnozu qoyulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Çox pis rəqəm: Koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 537 210 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 143 nəfər artaraq 7 094-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 284 539 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 359 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 435 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.