CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyranbatandakı yanğını ram etdilər

Qeyd edək ki, yanğın bu gün günorta saatlarında başlamışdı və artıq bir həftə ərzində üçüncü belə hadisədir
Sputnik

BAKI, 14 iyun — Sputnik. Ceyranbatan su anbarının yaxınlığında yanğın söndürülüb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın FHN-nin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.

Qeyd edək ki, yanğın bu gün günorta saatlarında başlamışdı və artıq bir həftə ərzində üçüncü belə hadisədir. Daha öncə, iyunun 11 və 12-də də su anbarının ətrafında quru ot yanmış, söndürülməsi üçün iki helikopter cəlb edilmişdi.