BAKI, 10 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,71 dollar ucuzlaşaraq 41,70 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,53 dollar geriləyərək 40,65 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 38,30 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.