BAKI, 10 iyun - Sputnik. Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub.
"Report"un məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb.
Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.
Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.
Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb.
Qeyd edək ki, mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.