CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxmanın ən yüksək olduğu şəhərimiz açıqlandı

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək
Sputnik

BAKI, 9 iyun — Sputnik. “Bakı şəhərində əvvəllər yoluxma 43-46 % arası olurdusa, artıq 50% üzərində yoluxmanın şahidi olmaqdayıq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində 12,5 %, Abşeron rayonunda 11,6 %, aran rayonlarında 9,3 %, Lənkəran rayonunda 7,3 % yoluxma qeydə alınıb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərarla 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.