RUSİYA

"Bataqlığa sürükləyəcək". ABŞ Rusiyanın Yaxın Şərqdə fəaliyyətindən narahatdır

Rusiya Liviyada əsas siyasi təsisatların bərpasında maraqlıdır və liviyalılar da bunu görürlər. Digər xarici oyunçulara gəlincə, onların son məqsədləri hələ də qeyri-müəyyəndir.
Sputnik

BAKI, 9 iyun — Sputnik, Qaliyə İbrahimova. ABŞ Dövlət Departamenti əmindir ki, Rusiya "Yaxın Şərqdən çıxmalıdır", çünki tarixən amerikalılar regionda əsas dayaq olublar. Vaşinqtonun fikrincə, Moskva yalnız İraq, Suriya və Liviyanı bərpa etməyə mane olur. Ağ Evin Yaxın Şərqdə aydın strategiyası varmı və Donald Trampın administrasiyasının Rusiyanın hərəkətlərinə qarşı iddiaları nədir? Cavabı RİA Novosti-nin materialında.

Ənənəvi müttəfiqlər

ABŞ-da etirazlar: Məsələyə "Ku Kluks Klan" da qarışdı

"Rusları Yaxın Şərqdən uzaq tutmaq Amerika siyasətinin təməl daşıdır. Biz bu prinsipə son 45 ildə əməl edirik. İndi Rusiya regionda destruktiv rol oynayır. Biz açıq şəkildə bəyan edirik ki, o, oradan getməlidir", - ABŞ dövlət katibinin köməkçisi Devid Şenker Vaşinqtonda Yaxın Şərq İnstitutunda videokonfrans zamanı bildirib.

Məmur ABŞ-ın regionda tarixi əhəmiyyətindən danışaraq, həmişə rusların deyil, amerikalıların dəstəyinə meylli olan ölkələri sadalayıb. O, Səudiyyə Ərəbistanını, BƏƏ-ni, İraqı, İsraili və Fələstini xatırladıb.

Şenkerin sözlərinə görə, Vaşinqtonu ən çox Ərəb-İsrail barışığı maraqlandırır. Ağ Ev ümid edir ki, yaxın zamanlarda tərəflər "əsrin müqaviləsinə" imza atacaqlar. Şenker xatırladıb ki, İsrail və Fars körfəzinin bəzi monarxiyaları Amerikanın təşəbbüsünü dəstəkləyiblər. Lakin o, Fələstinin hakimiyyət orqanlarının razılığın detalları haqqında postfaktum öyrəndiyini xatırlatmayıb.

Şenker koronavirus ilə mübarizədə İraq, Yəmən, Qətər və Səudiyyə Ərəbistanına yardımdan da danışıb – bu ölkələrə testlər və dərmanlar verilib.

"Obamanın kobud səhvi"

Lakin Yaxın Şərqdə amerikalılara Rusiya və Çin mane olur. "Böyük dövlətlərin rəqabəti region ölkələrini seçim etməyə təhrik edir. ABŞ bu işdə kimisə iştirak etməyə məcbur etməyəcək", - Şenker qeyd edib.

Dövlət Departamentinin əsas səyləri Yaxın Şərqdəki müttəfiqlərə Moskva və Pekinlə əməkdaşlığın niyə pis nəticələnə biləcəyini izah etməyə yönələcək.

Şenker Suriya və İraqda İŞİD-in darmadağın edilməsini Amerika strategiyasının əsas uğuru kimi qələmə verib. Lakin İŞİD və "Əl-Qaidə" terror təşkilatının müxtəlif özəkləri ilə mübarizə hələ də başa çatmayıb və ABŞ NATO-dakı müttəfiqləri ilə birlikdə terrorçuluğa qarşı mübarizəni davam etdirəcək.

Şenker qeyd edib ki, amerikalıların köməyi ilə İraq bərpa olunur. Onun sözlərinə görə, Vaşinqton İraqın yeni Baş naziri Mustafa Əl-Kazemi ilə tez təmas qurub və layihələr üzrə qarşılıqlı fəaliyyət inkişaf edir.

Suriyaya gəlincə, Dövlət Departamenti nümayəndəsinin iddiasına görə, amerikalılar məsuliyyətdən qaçmırlar və dəstək verməyə hazırdırlar. Amma ölkədə hakimiyyəti saxlayan Bəşər Əsəd və Rusiya buna mane olurlar.

Mifdir: Zaxarova ABŞ-dakı etirazlara görə Rusiyanın günahlandırılmasını şərh edib

Məmur Moskvanın Yaxın Şərqdə mövqelərini möhkəmləndirməsinə görə günahı Barak Obamanın üzərinə qoyub. "O, rusların Suriyaya gəlməsini alqışlayıb. Aydındır ki, onları bataqlığa sürükləyəcəyini düşünürdü. Lakin Rusiya müharibənin gedişini dəyişdi və Əsəd hələ də oradadır. Bu, əvvəlki administrasiyanın kobud səhvi idi", - Şenker vurğulayıb.

Amerika axmaqlığı

Rusiyaya qarşı növbəti ittihamlar Liviyadakı vəziyyətlə bağlıdır. "Suriyadakı uğurlar Rusiya hakimiyyətini ruhlandırıb", - Dövlət Departamentinin nümayəndəsi qeyd edib. Və Moskva keçmiş cəmahiriyyədə aktiv fəaliyyətə keçib.

Amma "Rusiya Liviya münaqişəsinin həllində məhsuldar və ya sabitləşdirici rol oynamır", - Şenker hesab edir.

Moskvanın İranla əməkdaşlığı da Ağ Evin xoşuna gəlmir. Narahatlıq üçün daha bir səbəb Rusiyanın Səudiyyə Ərəbistanı ilə davam edən təmaslarıdır, hərçənd martda ölkələr neftin qiyməti barədə razılığa gələ bilməyiblər.

Rusiya Xarici İşlər Nazirliyidə "Yaxın Şərqdən çıxmaq" çağırışını "axmaqlıq" adlandırıblar. "Görünür, o (Şenker - red.) ümumiyyətlə nə danışdığını anlamır", - məlumatda bildirilir.

Bataqlıqdan çıxmaq

"Rusiya 2015-ci ildə Suriyaya daxil olanda amerikalılar həqiqətən də çox etiraz etmirdilər. Rusların nə əldə edəcəyini görmək istəyirdilər, amma "Yaxın Şərq bataqlığı"nın qaçılmaz olduğundan əmin idilər", - Rusiya Beynəlxalq İşlər Şurasının Yaxın Şərq layihələrinin əlaqələndiricisi Ruslan Məmmədov RİA Novosti ilə söhbətində bildirib.

"Amma Moskva Suriya istiqamətində ciddi nəticələr əldə edib. Əsəd Vaşinqtonun düşündüyündən fərqli olaraq hələ də hakimiyətdədir. Rusiya Suriyada əsas siyasi institutları qoruyub-saxlamağı düşünürdü və bütünlükdə bu, mümkün oldu", - o bildirib.

Hazırda bu ölkədə vəziyyət amerikalıların diqqət mərkəzindədir.

"Şenkerin Rusiyaya hücumları da Suriya istiqaməti ilə bağlıdır. ABŞ Konqresi "Sezar" adı ilə tanınan "Suriyada mülki əhalinin müdafiəsi haqqında" qanun üzərində fəal işləyir. Bu sənəd Dəməşqə qarşı iqtisadi sanksiyaları nəzərdə tutur. Heç bir şirkət, Rusiya şirkətləri də daxil olmaqla Suriya iqtisadiyyatına sərmayə qoymaq istəməyəcək", - ekspert bildirir.

Moskvada vəziyyətin ciddiliyini dərk edirlər və bundan sonra necə hərəkət etməyi düşünürlər.

"Birinci dərəcəli məsələ Suriya iqtisadiyyatın bərpası üçün xarici investorları tapmaqdır. Pandemiyaya qədər BƏƏ kömək etməyə hazır olduğunu deyirdi. Ancaq koronavirus və neft qiymətlərinin düşməsi zəngin ərəb monarxiyalarında böhrana səbəb olub. Tez bir vaxta dəstək gözləmək lazım deyil, amma danışıqları davam etdirmək lazımdır", - Məmmədov vurğulayır.

Şenker ABŞ-ın Yaxın Şərqdə son iki onillikdəki hansı layihəsini uğurlu hesab edir?

"Heç kimin aydın strategiyası yoxdur"

Liviyada Müəmmar Qəddafi rejiminin devrilməsindən sonra, Rusiya bu ölkədə normal həyatın bərpasına çalışan azsaylı ölkələrdən biri idi. Bu barədə liviyalı politoloq Mustafa Fetouri RİA Novosti-yə bildirib.

O, Dövlət Departamentinin Moskvanın "destruktiv rolu" haqqında bəyanatları ilə razı deyil.

"Cəmahiriyyədə parçalanma baş verəndə Rusiya Suriya ilə məşğul idi. Amma liviyalılar bilirdilər ki, gec-tez Moskva qayıdacaq və müəyyən qayda-qanun yaratmağa çalışacaq. Proses uzandı. Bu, xarici oyunçuların təsiri ilə deyil, daxili proseslərlə bağlıdır. İndi Rusiya Türkiyə, Aİ və BMT ilə birlikdə Faiz Sərrac hökumətini və general Xəlifə Həftarı danışıqlar masası arxasına əyləşdirməyə çalışır. Bu asan iş deyil", - Fetouri izah edir.

Liviyalı politoloq bildirir ki, Rusiya münaqişənin bütün tərəfləri ilə qarşılıqlı fəaliyyət göstərir, ona görə də neytral hakim rolunda çıxış edə bilər.

"ABŞ-ın Şimali Afrikada aydın strategiyası yoxdur. Lakin amerikalılar tez-tez regiondakı müttəfiqlərini münaqişəyə sövq edirlər. Aydındır ki, Ankara və Moskva bunu anlayır və belə bir senariyə yol verməzlər", - Fetouri hesab edir.

Rusiya Liviyada əsas siyasi təsisatların bərpasında maraqlıdır və liviyalılar da bunu görürlər. Digər xarici oyunçulara gəlincə, onların son məqsədləri hələ də qeyri-müəyyəndir.