CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd şəhərə səssizlik çöküb, ancaq təbiət "danışır"

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb
Sputnik

BAKI, 6 iyun — Sputnik. Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti iki günlük dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır. Hazırda paytaxtda metro da öz işini dayandırıb.