CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəxtəvərlər "kasta"sı: bu gün onların evdən çıxmasına məhdudiyyət yoxdur

Fəaliyyətinə icazə verilən qurumlarda çalışanların bu gün saat 00:00-dan iyunun 8-i saat 06:00-dək işə çıxmasında heç bir məhdudiyyət yoxdur
Sputnik

BAKI, 6 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, fəaliyyətinə icazə verilən qurumlarda çalışanların bu gün saat 00:00-dan iyunun 8-i saat 06:00-dək işə çıxmasında heç bir məhdudiyyət yoxdur. Buraya:

- Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

Məntiqli və məcburi istirahət: axtarışlara cəhd etməyin

- xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri;

- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər daxildir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol veriləcək.

Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.