RUSİYA

Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"

Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.
Sputnik

BAKI, 4 iyun — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri (Rospotrebnadzor) Anna Popova yeni pandemiya qaçılmaz hesab edir. Bu barədə Sputnik Azərbaycan RBK-ya istinadən xəbər verir.

Popovanın sözlərinə görə, koronavirusla mübarizə təcrübəsi gələcək addımların alqoritmini araşdırmağa imkan verir.

Rusiyada dəhşətli mərəzə yoluxanların tən yarısı sağaldı

O bildirib ki, yeni növ pandemiyanın meydana çıxması "bu və ya digər formada tamamilə aydındır". Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

Bir sutka ərzində Rusiyanın 84 regionunda 8536 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 178 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8972 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 195957-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.