CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bulvarın şəkillərini şəxsi arxivlərdən yığdılar - FOTO

Şəhər sakinlərinə sevimli istirahət yerinin yenilənmiş fotoşəkilləri təqdim olunub. Fotolar həvəskar fotoqrafların və yerli arxivlərin şəxsi kolleksiyalarından seçilib.
Sputnik

BAKI, 4 iyun - Sputnik, Kəmalə Əliyeva. Dənizkənarı Milli Parkda “Bakı bulvarının tarixi şəkilləri” sərgisi nümayiş etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib.

Sərgidə nümayiş etdirilən 100 fotoşəklin əksəriyyəti ilə geniş ictimaiyyət ilk dəfədir tanış olur. Kadrlar şəxsi kolleksiyalara, əcnəbi və yerli arxivlərə məxsusdur, həmçinin ən yüksək səviyyədə restavrasiya olunub.

"Bu şəkillər 1861-1990-cı illər ərzində dəniz sahili və Bakı bulvarının tarixini özündə əks etdirir. Sərginin açıq havada təşkilinin məqsədi Bakı bulvarının inkişafının tarixi mərhələlərini aydın şəkildə göstərmək, vətəndaşları və əcnəbi turistləri maarifləndirməkdir", - Yelmarqızı bildirib.

İdarədən bildiriblər ki, sərgi bütün yay mövsümü ərzində açıq olacaq.