CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı ixtiraçının yeni kəşfi kliniki sınaq üçün ABŞ-a göndərilir

"Tələsməklə deyil. Bizim əsas məqsədimiz pul qazanmaq deyil, Azərbaycan vətəndaşlarının bu virusdan qorunması üçün bir iş görməkdir" - Türkel Süleymanlı
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Bir müddət əvvəl azərbaycanlı hüquqşünas Türkel Süleymanlının koronavirus əleyhinə "E-mask" adlı maska ixtira etdiyi barədə xəbər vermişdik. Hazırda "e-mask"-ın kliniki sınaqlarının keçirilməsi üçün ABŞ-la xüsusi çərçivə müqaviləsi imzalanıb.

Bu barədə Sputnik Azərbaycan-a ixtiraçının özü məlumat verib.

Onun sözlərinə görə, maska ABŞ-da xüsusi laboratoriyalarda sınaqdan keçiriləcək: "Bilirsiniz ki, dünyanın lider ölkəsidir. Yəqin ki, 1 ay ərzində kliniki sınağın nəticəsi bəlli olacaq".

Azərbaycanlı ixtiraçının yeni kəşfi kliniki sınaq üçün ABŞ-a göndərilir

T.Süleymanlı bildirib ki, digər tərəfdən, maskanın dizaynının təkmilləşdirilməsi üçün işlər görülür: "Tələsməklə deyil. Bizim əsas məqsədimiz pul qazanmaq deyil, Azərbaycan vətəndaşlarının bu virusdan qorunması üçün bir iş görməkdir. Pandemiya davam edən, bir neçə mərhələli olan bir prosesdir. Pandemiya daha ağır - sərt vəziyyət ala bilər. Payızda pandemiyanın daha da güclənəcəyi proqnozlaşdırılır. Odur ki, biz əlimizdən gələni edirik".

İxtiraçı bildirib ki, maska təkcə COVİD-19 deyil, digər virus infeksiyalarından da qoruya biləcək.