CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda COVID-19-dan vəfat edən ən gənc adamın yaşı açıqlandı

Ümumilikdə vəfat edənlərdən 1 nəfər 30-39 yaş arasında şəxs olub. Ən çox ölüm faizi isə 60-69 yaş arası şəxslərin payına düşüb
Sputnik

BAKI, 29 may — Sputnik. Koronavirusdan ölənlərin yaş faizi açıqlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı danışıb. Onun sözlərinə görə, vəfat edənlərin 20 nəfəri 60-69 yaşdadır: “Bu isə ölənlərin 34 faizini təşkil edib. Ümumilikdə vəfat edənlərin 2 faizi, yəni 1 nəfər 30-39 yaş, 3 faizi, yəni 2 nəfəri 40-49 yaş, 13 nəfəri, yəni 22 faizi 50-59 yaş, 17 nəfəri, yəni 29 faizi 70-79 yaş, 5 nəfəri, yəni 9 faizi 80 yaşdan yuxarı şəxslərdir”.

TƏBİB rəsmisi qeyd edib ki, kütləvi yoluxma halları əsasən yas mərasimlərində baş verir: “Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir. Xüsusən, yaşlı insanların və qadınların yas yerlərində toplaşması yoluxmaya səbəb olub. Vətəndaşları qaydalara riayət etməyə dəvət edirik”.