Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 28 may — Sputnik. İki gün bundan öncə evdən qaçan qız sığınacağımıza yerləşdirilib. Qız şiddət gördüyünü deyərək bu səbəbdən evdən qaçdığını söyləyir. Qız evdən qaçarkən sevdiyi şəxsə sığınmışdı. Amma yaşı az olduğundan həmin şəxs onu polisə, polis isə qızı bizə təhvil verib. Bakı şəhərində baş verən hadisə ilə bağlı hazırda işlə bağlı araşdırmalar aparılır".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, 17 yaşlı qız davamlı olaraq bibisi tərəfindən şiddətə məruz qalıb: "Qızın doğma ata-anası yoxdur. Anası haqda ümumiyyətlə məlumatsızıq, atası isə dünyasını dəyişib. Deyilənə görə, bibisi qızının davranışlarından bezdiyi üçün o bir neçə dəfə də evdən qaçıb".
"Onu sığınacağa qəbul edəndə çox natəmiz şəraitdə idi. Qızda da assosiallıq var, təhsil almayıb, oxumayıb, baxımsız qalıb. Lakin şiddətlə bağlı üzdə görünən bir şey yoxdur. Lakin bibisi qızı da 17 yaşlı qızın evdən qaçdığı üçün anası tərəfindən döyüldüyünü təsdiqləyib", - deyə K.Ağazadə əlavə edib.