ÜST koronavirus əleyhinə preparatın sınaqlarını dayandırdı

Koronavirusun müalicəsində hidroksixloroxin istifadəsinin təhlükəsiz olduğuna dair heç bir zəmanət verilməyincə sınaqlar davam etdirilməyəcək.
Sputnik

BAKI, 26 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus əleyhinə olduğu iddia edilən hidroksixloroxin preparatının sınaqlarını müvəqqəti olaraq dayandırıb.

Bu ölkədə koronavirusdan ölənlərin sayı 23 mini keçib

Sputnik Azərbaycan Rusiya məlumatına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adxanom Hebreyesus bildirib ki, koronavirus infeksiyasının müalicəsi üçün olan hidroksixloroxin preparatının kliniki sınaqları müvəqqəti olaraq dayandırılır.

O qeyd edib ki, ÜST dərmanın təsirlərinin öyrənilməsini vacib hesab edir.

"Hidroksixloroxin preparatının təhlilləri ilə məşğul olan icraçı qrup müvəqqəti olaraq işinə fasilə verib. ÜST bu dərmanın potensial faydaları və zərərləri barədə adekvat qiymətləndirmə aparacaq" – deyə o əlavə edib.

Bununla yanaşı o əlavə edib ki, koronavirusun müalicəsində hidroksixloroxin istifadəsinin təhlükəsiz olduğuna dair heç bir zəmanət verilməyincə sınaqlar davam etdirilməyəcək.