İDMAN

Çempionat başlamamış Zidanı cərimə edəcəklər

Madrid sakinlərinə xüsusi səbəb olmadan şəhəri tərk etmək yasaqdır.  “Real”ın baş məşqçisini indi 1500 avro məbləğində cəza gözləyir
Sputnik

BAKI, 25 may — Sputnik. Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan özünütəcrid qaydalarını pozub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sport.es yazır. Nəşrin məlumatına görə, mütəxəssis İspaniya paytaxtının yaxınlığındakı bir kəndə gedib. Zidan həmin yerdə təxminən bir il əvvəl özünə ev alıb. Qeyd olunur ki, Madrid sakinlərinə xüsusi səbəb olmadan şəhəri tərk etmək, hətta şəhər kənarındakı ikinci evlərinə getmək yasaqdır. Zidan isə həmin kəndə həftə ərzində artıq ikinci dəfə baş çəkib. Bazar günü gələrkən oğlu Luka da yanında olub.  

Əgər qonşularından kimsə “Real”ın baş məşqçisini həmin anda fotoya və ya videoya çəkibsə, o zaman onu 1500 avro məbləğində cəza gözləyir.

Qeyd edək ki, mayın 23-də İspaniya hökuməti ölkə çempionatını iyunun 8-dən bərpa etməyə qərar verib.

Son məlumatlara görə, dünyada 5,4 milyon insan SARS-CoV-2 koronavirusuna yoluxub, bunlardan 345 min nəfər koronavirusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib, 2,2 milyon nəfər isə sağala bilib.