İDMAN

Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”

Makqreqor demişdi ki, MMA-nın ən yaxşı döyüşçüsü braziliyalı Anderson Silvadır. İkinci yerdə Konor özünü, üçüncü yerdə isə kanadalı Jorj Sen-Pyeri görürdü
Sputnik

BAKI, 24 may — Sputnik. Rusiyalı MMA (qarışıq döyüş növləri) çempionu Həbib Nurməhəmmədov “Twitter tarixinin” möhtəşəm döyüşçüsünün adını sosial şəbəkədə açıqlayıb. Sputnik Azərbaycan bildirir ki, onun fikrincə, bu titula irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor layiqdir.

Bu minvalla Həbib Makqreqorun tərtib etdiyi tarixin ən güclü döyüşçülərinin siyahısına reaksiya verib. İrlandiyalı özünü bu siyahıda ikinci yerə layiq bilib, Nurməhəmmədov isə bu pillənin onun üçün əlçatmaz olduğunu deyib.

“Sən yarımyüngül, yüngül və yarımorta çəkidə uduzdun. Sən heç zaman UFC və ya  Cage Warriors-da titul qorumamısan. Sən Sen-Pyer, Silva və Consdan da çox uduzmusan. Sən UFC-nin ancaq Twitter tarixində möhtəşəm döyüşçüsü ola bilərsən”, - deyə Həbib yazıb.

Makqreqor demişdi ki, MMA-nın ən yaxşı döyüşçüsü braziliyalı Anderson Silvadır. İkinci yerdə Konor özünü, üçüncü yerdə isə kanadalı Jorj Sen-Pyeri görürdü.

Nurməhəmmədov UFC-də (Universal Döyüş Çempionatında) çıxışları ilə məşhurlaşıb. O, 28 qarşılaşmada 28 qələbə qazanıb. UFC-nin yüngül çəkidə çempion kəmərinə sahibdir.

Makqreqor da UFC-də çıxışları ilə tanınır. O, iki çəki kateqoriyasında çempion olub. Makqreqor Cage Warriors-da da eyni nəticələri ilə öyünə bilər.