İDMAN

"Yuventus" "Barselona"ya yox deyir

"Yuventus" bosniyalı futbolçunu Artur Melonun əvəzinə İspaniyaya buraxa bilər. "Barselona" isə braziliyalını heyətdə saxlamaq niyyətindədir.
Sputnik

BAKI, 18 may — Sputnik. "Yuventus" və "Barselona" razılığa gələ bilmirlər.

Sputnik Azərbaycan xəbər verir ki, kataloniyalılar Mattia De Şilyo və Miralem Pyaniç üçün Turin təmsilçisinə Nelson Semedo ilə yanaşı, 25 milyon avro təklif ediblər.

Məlumata görə, İtaliya klubu bu təklifi rədd edib. "Yuventus" bosniyalı futbolçunu Artur Melonun əvəzinə İspaniyaya buraxa bilər. "Barselona" isə braziliyalını heyətdə saxlamaq niyyətindədir. Bununla yanaşı, turinlilərin Semedo ilə maraqlanmadığı bildirilir.

Qeyd edək ki, Pyaniç 2019/20 mövsümündə "Yuventus"da 32 oyun keçirib və 3 qol vurub.