BAKI, 17 may — Sputnik. Bu gün Türkiyədə koronavirusa daha 1 368 yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında xəbər verib.
Nazir bildirib ki, son bir gündə COVID-19-dan 44 nəfər vəfat edib. Beləliklə, pandemiya ərzində ölkədə virusdan ölənlərin sayı 4 140 nəfər təşkil edir.
Türkiyədə virusa yoluxmuş daha 1 825 nəfər sağalaraq evə buraxılıb. Bununla da virusdan sağalanların ümumi sayı 109 962 nəfərə çatıb. Son bir gündə koronavirusla bağlı 35 369 test aparılıb. Beləcə, ölkədə koronavirusla bağlı aparılan analizlərin sayı 1 624 994-ə çatıb.