HADİSƏ

Özünə qəsd edirdi, qoymadılar

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin vətəndaşla aparılan psixoloji söhbətləri nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Sputnik

BAKI, 17 may — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda 1 nəfər işıq dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.