BAKI, 17 may — Sputnik. Dağıstanda 40-dan çox həkim xəstəxanadankənar pnevmoniya və koronavirusdan ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu respublikanın Səhiyyə naziri Camaluddin Qadjiimrahimov deyib.
“Həlak olan 49-dan çox həmkarımız var. Bu, həqiqətən də faciədir. Respublikanın ölən sakinlərinin doğmalarına, ailələrinə, eləcə də yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - nazir bildirib.
Onun sözlərinə görə, hazırda respublikada 13 mindən çox insan sətəlcəm və COVID-19 xəstəliyindən əziyyət çəkir, onlardan 7 mini xəstəxanalardadır. Bundan əvvəl respublikanın Operativ Qərargahı Dağıstanda 3280 koronavirus infeksiyasının təsdiqləndiyini bildirmişdi.