RUSİYA

"Heç nəyi gizlətmək niyyətində deyilik" – Lavrov əsəbləşdi

Rusiyada pandemiya yayılandan 2418 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 4696 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 58226-ya çatıb.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Rusiya rəhbərliyi koronavirus epidemiyasından ölənlərinin sayı haqqında məlumatı gizlətmək niyyətində deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "RBK" media holdinqinə müsahibəsində bildirib.

Moskvada koronavirusa yoluxanların yarıdan çoxu cavanlardır

"Koronavirus üzrə statistikaya gəldikdə, mən əminəm ki, Rusiya rəhbərliyi həqiqəti gizlətmək istəyənlər arasında ən sonunculardan olacaq. Bu, zarafat deyil. Bu, insanların həyatıdır. Fikrimcə, insanların həyatları ilə oynamaq yolverilməzdir", - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, bu günə olan məlumata görə, bir sutka ərzində Rusiyanın 84 regionunda 10 min 598 koronavirusa yeni yoluxma halı aşkarlanıb.

Rusiya Operativ Qərargahı xəbər verib ki, bir gün ərzində COVID-19-dan ölkədə 113 nəfər ölüb. Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 262843-ə çatıb.

Rusiyada pandemiya yayılandan 2418 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 4696 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 58226-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu keçib, 302 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.