İDMAN

"Qalatasaray"da növbəti yoluxma - məşqlər dayandırıldı

"Qalatasaray"da daha əvvəl Fatih Terim, klubun vitse-prezideni Abdurrahim Albayrak və klub prezidentinin köməkçisi Yusuf Günay koronavirusa yoluxmuşdular
Sputnik

BAKI, 15 may — Sputnik. "Qalatasaray"da növbəti dəfə koronavirusa yoluxma faktı qeydə alınıb.

Sputnik Türkiyə xəbər verir ki, bütün heyət üzvlərindən və işçilərdən götürülən testlər nəticəsində klubun bir əməkdaşında koronavirus aşkarlanıb.

Koronavirus testi müsbət çıxan şəxsin adı açıqlanmayıb və karantinə alınıb. Komandanın məşqləri isə 6 günlük dayandırılıb.

Qeyd edək ki, "Qalatasaray"da daha əvvəl Fatih Terim, klubun vitse-prezideni Abdurrahim Albayrak və klub prezidentinin köməkçisi Yusuf Günay koronavirusa yoluxmuş, daha sonra isə sağalmışdılar.