FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İştah açan anlar: ilin ən yaxşı kulinariya fotoşəkilləri

Sputnik

Kulinariya fotoqrafiyasının illik müsabiqəsində həm peşəkarlar, həm də həvəskarlar iştirak edə bilərlər. Kateqoriyalar yemək, məhsul yığımı, içkilərin içilməsi və ya dünya qastronomiya ənənələri ilə bağlı hər şeyi əhatə edir.

Müsabiqə 2011-ci ildən keçirilir. Bu il münsiflər heyəti 70 ölkədən olan müəlliflərin doqquz minə yaxın əsərini nəzərdən keçirib. "Pink Lady® Food Photographer of the Year"-in mükafat fondu 20 min Britaniya funtundan çoxdur. Bu il qalibləri onlayn elan ediblər, baxmayaraq ki, bu mərasim əvvəllər ənənəvi olaraq Londonda yerləşən dünya şöhrətli "Galleries" ticarət mərkəzində finalçılar üçün təşkil olunan furşet zamanı reallaşdırılırdı.

Kulinariya üzrə "Pink Lady® Food Photographer of the Year" fotoqrafiya müsabiqəsinin ən yaxşı fotolarına Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

1 / 18
"Pink Lady® Food Photographer of the Year 2020" müsabiqəsinin qalibi banqladeşli fotoqraf K.M.Əsədin "After Exodus" adlı fotosu.
2 / 18
"Sahədə yemək" kateqoriyasında birinci yerə layiq görülən çinli fotoqraf Syaodun Sunun (Xiaodong Sun) "Pətək dolu olanda" fotosu.
3 / 18
"Fud-portret" kateqoriyasında ən yaxşı kadr - Liam Debuanın (Liam Desbois) "Əncir" fotosu.
4 / 18
Tomas Aleksander "Toy fud-fotoqrafı" nominasiyasında qalib olub (Champagne Taittinger).
5 / 18
"Məhsul yığımı" nominasiyasında "Səhər ovu" fotosu ilə Zay Yar Lin (Zay Yar Lin) birinci olub.
6 / 18
"Səkkizayağın nöqtələri" Nikol Herftə (Nicole Herft) "Fud-stilist" nominasiyasında qələbə gətirib.
7 / 18
"Şərab və şərabçılıqla bağlı obrazlar" nominasiyasında (Errazuriz) David Vaymannın (David Weimann) fotosu birinci olub.
8 / 18
Müsabiqənin əsas qalibi K.M. Əsədin daha bir kadrı isə "Bayram yeməyi" kateqoriyasında qələbə qazanıb (Champagne Taittinger).
9 / 18
Münsiflər Heyəti "Olek blinçik yeyir" fotosuna görə Anna Volodarçiki (Anna Włodarczyk) "Ailə yeməyi" kateqoriyasında qalib elan edib.
10 / 18
"Masa arxasında yemək" nominasiyasında Sendi Vud (Sandy Wood) qələbə qazanıb.
11 / 18
Mobil telefonun kamerasına ən yaxşı yemək fotosunu Əzim Xan Ronni çəkib (Azim Khan Ronnie).
12 / 18
"Gündə bir alma" kateqoriyasında Diana Kovalçuk (Diana Kowalczyk) qalib olub.
13 / 18
Syuepin Dunun (Xuepin Du) "Ramen sənət olaraq" fotosu "Küçə yeməyi" nominasiyasında birinci olub.
14 / 18
Eymi Tviqqer (Aimee Twigger) "Qabda balqabaq" fotosuna görə ilin fud-bloqeri seçilib.
15 / 18
Nhan Do Thanın (Nhan Do Thanh) "Günəşi gözləyəndə" fotosu "Yeməyin hazırlanması. Filipp Harberin premiyası" nominasiyasında birinci olub.
16 / 18
Zay Yar Linanın (Zay Yar Lin) "Tərəvəz piştaxtası" "Satış üçün yemək" (Winterbotham Darby) kateqoriyasında qalib olub.
17 / 18
Gənc fotoqraflar arasında ən yaxşı "Qlintveyn" fotosu ilə Aleks Forbs (Alex Forbes) seçilib.
18 / 18
Filippa Askyu (Philippa Askew) "Tələbələr arasında fud-fotoqraf" tituluna layiq görülüb.