RUSİYA

Qonşuda qorxudan rəqəm: Yoluxanların sayı 250 mini keçdi

Rusiyada pandemiya yayılandan 2305 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 5527 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 53530-a çatıb.
Sputnik

BAKI, 14 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 84 regionunda 9 min 974 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 93 nəfər ölüb.

Rusiyada koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın – Ölənlər var

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 252245-ə çatıb.

Rusiyada pandemiya yayılandan 2305 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 5527 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 53530-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu keçib, 297 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.