CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər görüşdən sonra əl yumalı olacaqlar

Əl gigiyenasına, əllərin spirt əsaslı məhlul ilə müntəzəm təmizlənməsi və ya sabun və su ilə yumaq aid edilir. Əllərin dezinfeksiya edilməsi qonaqlar ilə işçi arasında təmasdan sonra icra olunmalıdır
Sputnik

BAKI, 13 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) turizm və otelçilik sektorunda koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər hazırlayıb. Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda turizm sektorunda çalışan əməkdaşlar və müştərilər üçün hazırlanmış qaydalar öz əksini tapıb:

- Qonaq qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatların olması təmin edilməlidir;

- İstər qonaqlar arasında, istərsə də personal arasında ən azı 2 metr sosial məsafə qorunmalıdır;

- Əl gigiyenasına, əllərin spirt əsaslı məhlul ilə müntəzəm təmizlənməsi və ya sabun və su ilə yumaq aid edilir. Əllərin dezinfeksiya edilməsi qonaqlar ilə işçi arasında təmasdan sonra icra olunmalıdır;

- Öskürmə və ya asqırma zamanı ağız və burun birdəfəlik kağız salfet ilə və ya parça dəsmalla örtülməlidir.