BAKI, 13 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrıldığını bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Emin sosial şəbəkədəki səhifəsində yazıb.
“Bu, doğrudan da həyatımızın xoşbəxt günü idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Mən sənə birlikdə yaşadığımız hər bir gün və əlbəttə ki, qızımız Afina üçün təşəkkür edirəm! Həyatımızdakı növbəti vacib addım bizim gözəl uşağımızın tərbiyəsidir və bizdə hər şey mütləq alınacaq. Biz birlikdə çox şeydən keçmişik, sənə qarşı böyük hörmətim var, minnətdaram və bu hissləri bütün ömrüm boyu daşımaq fikrindəyəm”, - Ağalarov toy şəkillərini paylaşaraq yazıb.
Qavrilova isə öz səhifəsində istifadəçilərdən özünə gəlmək üçün vaxt istəyib.
“Mənə çox ağırdır, əzab çəkirəm. Üstəlik, bu gün anamın ad günüdür”, - Qavrilova yazıb.
Qeyd edək ki, Eminlə Alyona 2018-ci ildə evlənmişdilər.