İDMAN

Məşhur pilot "Ferrari"ni tərk edir

33 yaşlı almaniyalı pilot mövsümün sonunda komandanı tərk edəcək. Rəsmi açıqlama çərşənbə günü veriləcək.
Sputnik

BAKI, 12 may — Sputnik. Sebastyan Fettel 2020 mövsümü bitən kimi "Ferrari"ni tərk edəcəyini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumat "Formula 1" yarışının rəsmi saytında dərc olunub.

"Formula 1"də çıxış edən "Ferrari" komandası pilotu Sebastyan Fettel ilə müqavilənin uzadılma məsələsində razılığa gələ bilməyib.

33 yaşlı almaniyalı pilot mövsümün sonunda komandanı tərk edəcək. Rəsmi açıqlama çərşənbə günü veriləcək.

Qeyd edək ki, daha öncə "Ferrari" Sebastyan Fettelə müqaviləsini yeniləmək üçün iki dəfə təklif göndərib. Onun İtaliya təmsilçisi ilə sözləşməsi 2020-ci ilin sonunda başa çatır. Fettel 2007-ci ildən "Formula 1"də çıxış edir. O, "Red Bull" komandasında 4 dəfə (2010 - 2013) çempion olub. Pilot 2015-ci ildən "Ferrari"nin şərəfini qoruyur.