İDMAN

Böyük futbol Avropaya qayıdır: Artıq vaxtı da bəllidir

Avropada ən maraqlı çempionatlar sayılan İspaniya La Liqası və İngiltərə Premyer Liqası matçlarının başlayacağı vaxt açlanıb -
Sputnik

BAKI, 11 may — Sputnik. Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpa tarixi müəyyənləşib.

Sputnik Azərbaycan-ın məlumatına görə, La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb.

UEFA klublarımızın hesabına pul köçürdü

Ölkə çempionatının iyunun 12-də qaldığı yerdən davam etdirilməsi planlaşdırılır. İspanlar UEFA-nın tələbi ilə avqustun əvvəlinə qədər La Liqanı bitirmək fikrindədirlər. Əgər koronavirusla bağlı vəziyyət imkan verməsə ehtiyat bərpa tarixi 19 iyun göstərilib. Oyunların cümə-şənbə-bazar günləri keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya çempionatı XXVII turdan sonra dayandırılıb. Hazırda 58 xalla lider olan "Barselona" ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayır.

Eyni zamanda, İngiltərə Premyer Liqası matçlarının davam etdiriləcəyi tarix məlum olub. "Telegraph" nəşri koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın iyunun 12-də bərpa olunacağını iddia edib.

Futbol matçlarının boş tribunalar önündə keçirilməsi planlaşdırılır. Komandalar mayın 18-dən məşqlərə başlaya biləcəklər. Hazırlıq lazımi təhlükəsizlik tədbirləri nəzərə alınmaqla aparılacaq.

Qeyd edək ki, Premyer Liqa XXIX turdan sonra martın 13-də dayandırılıb.