İDMAN

Milli idman federasiyalarını pandemiyadan sonra nə gözləyir – İdman şərhçisi danışır

İdman şərhçisi Rövşən Binnətli deyir ki, ölkənini bəzi idman federasiyaları yalnız üzvlük haqqı ilə maliyyələşirlər
Sputnik

“Milli idman federasiyalarına yardım edilməsi maddiyyata bağlı məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında idman şərhçisi Rövşən Binnətli deyib.

O bildirib ki, FIFA və UEFA digər idman federasiyaları ilə müqayisədə varlı olduğu üçün onların milli federasiyalara yardım etmək imkanı var: “Basketbol, voleybol və bunlar kimi bir neçə beynəlxalq idman federasiyalarının da yardım etmək imkanları var. Ancaq bizim ölkəmizdə çox populyar olan güləş idman növü üzrə belə yardımların edilməsi demək olar ki, mümkünsüzdür. Elə federasiyalar var ki, onlar milli federasiyaların ödədiyi üzvlük haqqı ilə maliyyələşirlər”.

Qeyd edək ki, FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara təcili maliyyə yardımı edəcəyini açıqlayıb.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz