İDMAN

Nurməhəmmədova meydan oxuyurdu, ağzını dağıtdılar – Sözün birbaşa mənasında - VİDEO

Qarşılaşma beşinci raundda texniki nokautla yekunlaşıb. Zərbə buraxan Ferqyuson başını bulamağa başlayıb. Hakim Herbi Din isə görüşü dayandırıb. Bununla da Toni Ferqyuson son səkkiz ildə ilk dəfə məğlub olub.
Sputnik

BAKI, 10 may — Sputnik. Qarışıq döyüş növləri (MMA) üzrə amerikalı çempion Castin Qeyci həmvətəni Toni Ferqyusona qalib gəlib.

Döyüş UFC-nin Ceksonvildə keçirilən turniri çərçivəsində baş tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, qarşılaşma beşinci raundda texniki nokautla yekunlaşıb. Zərbə buraxan Ferqyuson başını bulamağa başlayıb. Hakim Herbi Din isə görüşü dayandırıb. Bununla da Toni Ferqyuson son səkkiz ildə ilk dəfə məğlub olub.

Castin Qeyci UFC-nin yüngül çəkidə müvəqqəti çempionu titulunu qazanıb. Beləliklə, təşkilatın rəhbəri Deyn Uaytın sözlərinə görə, o, UFC-nin qüvvədə olan çempionu Həbib Nurməhəmmədovla qarşılaşmalıdır.

Ferqyuson döyüşdən sonra rəqibinin əlini sıxmaqdan imtina edərək onu itələyib. Amma rəsmi elandan sonra Qeyciyə yaxınlaşaraq onu qucaqlayıb.

Ferqyuson sonuncu dəfə 2012-ci ili mayında uduzub. O, həmin vaxt hakim qərarı ilə Maykl Ceksona məğlub olub.