CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müslim Maqomayevin abidəsinin qoyulacağı yer açıqlandı

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var.
Sputnik

BAKI, 10 may — Sputnik. "Müslüm Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər aparılır".

Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük nailiyyətlər əldə edib: "Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər görülür".

E.Əzizov Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".