RUSİYA

Putin Azərbaycan xalqını təbrik etdi

Bundan əlavə, Rusiya lideri Qələbənin 75 illiyi ilə bağlı anti-Hitler koalisiyasının üzv ölkələrinin liderlərinə də təbrik göndərib.
Sputnik

BAKI, 8 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə SSRİ-yə üzv sabiq ölkələrin liderləri və ayrıca olaraq Gürcüstan və Ukrayna xalqlarını təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytına yerləşdirilib.

Arxa və ön cəbhədə Qələbə uğrunda – Viktoriya Kabanadze babaları haqqında

Təbrik teleqramları Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərinə və xalqlarına göndərilib.

Bundan əlavə, Rusiya lideri Qələbənin 75 illiyi ilə bağlı anti-Hitler koalisiyasının üzv ölkələrinin liderlərinə də təbrik göndərib. Belə ki, Böyük Britaniyanın Baş Naziri Boris Consona teleqramında Putin ümid edib ki, "müharibə dövrünün hərbi qardaşlığının xatirəsi Rusiya-İngiltərə dialoqunun konstruktiv inkişafına kömək edəcək".

Amerikalı həmkarı Donald Trampa teleqramında isə Putin Moskvanın heç vaxt Sovet-Amerika hərbi birliyini unutmayacağına əminliyini ifadə edib.