CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metronun işi yenidən dayandırıla bilər

Metropoliten sədri Zaur Hüseynov bildirib ki, sosial məsafə saxlanılmasa, insanlar qoruna bilməsə, xəstələnənlərin sayı artsa, metro yenidən bağlana bilər: "Sosial məsafənin qorunması vacibdir".
Sputnik

BAKI, 8 may — Sputnik. “Sıxlığın qarşısının alınması üçün lazım gəldikdə qatarların qrafikində dəyişiklik olunacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin bu gün jurnalistlər üçün təşkil olunan brifinqində bildirilib.

Metro polisi sizdən maska tələb edəcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib ki, sosial məsafə saxlanılmasa, insanlar qoruna bilməsə, xəstələnənlərin sayı artsa, metro yenidən bağlana bilər: "Sosial məsafənin qorunması vacibdir".

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov isə deyib ki, metropolitendə havalandırma sistemi iki rejimdə nəzərdə tutulur: “Qatarlar hərəkətdə olan zaman tunel və stansiyalarda olan havanın əksər hissəsini qatarları özləri istifadə edərək hava mübadiləsini həyata keçirirlər. Onların hərəkəti dayandıqda isə süni ventilyasiya qurğuları işə düşür".

O bildirib ki, bu ventilyasiya sistemləri metronun əksər stansiyalarında var: "Əvvəllər bir ventilyasiyanın saniyədə hasilatı 55-60 kub metr idisə, hazırda bu rəqəm saniyədə 100 kub metrə bərabərdir. Bu ventilyatorlar hava mübadiləsinin həyata keçirilməsinə tam imkan verir".