SƏHİYYƏ

Bu gün beynəlxalq Talassemiya Günüdür

Azərbaycanda 3500-ə yaxın talassemiyalı xəstə var və onlardan 1200-ü qan transfuziyasından asılı olanlardır
Sputnik

BAKI, 8 may — Sputnik. Bu gün beynəlxalq Talassemiya Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu günə kimi keçirilən "Talassemiyasız həyat naminə" regional simpoziumlar çərçivəsində talassemiya daşıyıcılığının müəyyən olunması məqsədi ilə, çox saylı şəxsə müvafiq şəhər mərkəzi xəstəxanalarında ödənişsiz tibbi müayinələr həyata keçirilib.

Nağıl gerçək oldu: Talassemiya Mərkəzindəki uşaqların arzuları gerçəkləşdi

Talassemiya – genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Talassemiya hemoqlobinin yaranması zamanı meydana çıxan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində tapılır.

Qeyd edək ki, yetkinlərdə hemoqlobin 4 elementin birləşməsindən yaranır. Bu elementlər "zülal zənciri" kimi adlandırılır. Burada 2 tip zülal zənciri var. Onlardan 1-i "β zənciri" və biri də "α zənciri" adlanır.

A hemoqlobin molekulu adətən 2 α zəncirindən və 2 β zəncirindən düzəlir. Talassemiya tutan insanlarda hemoqlobin zəncirindən biri olmur. Nəticədə də qırmızı qanda olan hüceyrələr talasemiyaya tutulur və düzgün fəaliyyət göstərmir.

Xatırladaq ki, Azərbaycanda 3500-ə yaxın talassemiyalı xəstə var və onlardan 1200-ü qan transfuziyasından asılı olanlardır. Onlar arasında yaşı 50-dən çox olan xəstələr də var.