CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Banklardakı sıxlıq yoluxmaların sayını artırır"

"Belə bir vəziyyətdə çalışmaq lazımdır ki, əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə işləri aparılsın"
Sputnik

BAKI, 8 may — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycanda koronavirusa yoluxma faktlarının sayında artım qeydə alınır. Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, buna son günlər bankların, bankomatların qarşısında insanların sıx yığılması səbəb olub.

Millət vəkili: "Banklardakı sıxlıq yoluxmaların sayını artırır"

Bu barədə millət vəkili Sputnik Azərbaycan-a açıqlamasında bildirib: "İnsanlar təqaüdlərini, pensiyalarını almaq üçün bankomatların qarşısına yığılırlar. Biz banklar və bankomatların qarşısında çoxsaylı növbələr görürük. Vətəndaşlar pensiyalarını, təqaüdlərini almaq istəyirlər. Polisin də gücü çatmır. Belə bir vəziyyətdə çalışmaq lazımdır ki, əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə işləri aparılsın".