HADİSƏ

Şəkidə qəza: Avtomobil körpüdən qaz xəttinin üstünə aşdı

Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb
Sputnik

BAKI, 8 may — Sputnik. Bu gün günorta saatlarında Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.

"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza zamanı “ZİL” markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 mm diametrində olan qaz xəttini də yararsız hala salıb. Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Şəkidə qəza: Avtomobil körpüdən qaz xəttinin üstünə aşdı

Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.