BAKI, 7 may — Sputnik. UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və Avro-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün 1 milyon 137 min 773,20 avro vəsait ayırıb.
Sputnik Azərbaycan xəbər verir ki, nəzərdə tutulan vəsait AFFA-nın vasitəsilə Azərbaycan klublarının hesabına köçürülüb.
"Qarabağ" – 436 min 696,69 avro
"Neftçi" – 210 min 117,58 avro
"Səbail" – 172 min 144,67 avro
"Sabah" – 88 min 895,90 avro
"Qəbələ" – 80 min 514,21 avro
"Sumqayıt" – 64 min 651,56 avro
"Zirə" – 47 min 870,83 avro
"Keşlə" – 36 min 881,76 avro
"Keşlə" Klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.