İDMAN

Avrokubokların yarımfinalları da İstanbulda keçirilə bilər

Avqust ayında başa çatması planlaşdırılan avrokubok görüşləri üçün bir neçə variant nəzərdən keçirilir.
Sputnik

 

BAKI, 7 may — Sputnik. UEFA avrokubokların yarımfinal görüşlərini İstanbulda keçirə bilər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurum bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib. Federasiyanın isə buna müsbət cavab verdiyi bildirilir. Avqustda başa çatması planlaşdırılan avrokubok görüşləri üçün bir neçə variant nəzərdən keçirilir. Ehtimallardan biri də Çempionlar Liqası və Avroliqanın yarımfinal oyunlarını Türkiyədə keçirməkdir.

Xatırladaq ki, ÇL-nin 2019-20 mövsümünün finalının da İstanbulda keçirilməsi nəzərdə tutulub.