İDMAN

Futbolda format dəyişir: Bir oyunda 16 nəfər oynaya bilər

İngiltərə Futbol Assosiasiyası FİFA-nın edəcəyi mümkün yenilikdən razı qalıb. Onlar düşünürlər ki, veriləcək qərar futbolçuların zədələnmə riskini azalda və matçların daha qısa müddətdə keçməsinə yardım edə bilər
Sputnik

BAKI, 6 may — Sputnik. Koronavirus pandemiyasına görə FİFA bir sıra addımlar atmalı olacaq. Sputnik Azərbaycan "Marca"ya istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu 2019/20 mövsümü bərpa olunacağı halda 5 əvəzetməyə icazə verəcək.

Mənbə bildirir ki, FİFA klub üzvləri, məşqçi və futbolçuların sağlamlığının müdafiəsi haqda ciddi düşünür. Bununla əlaqədar tibbi tövsiyələr hazırlanır və yaxın vaxtlarda açıqlanacaq. FİFA-nın baş ofisindən 5 əvəzetməyə icazə veriləcəyi barədə xəbərləri təsdiqləyiblər. Amma əlavə vaxt itkisindən qaçmaq üçün əvəzetmələrin 3-nə oyun, 2-nə isə fasilə vaxtı icazə veriləcək. İngiltərə Futbol Assosiasiyası FİFA-nın edəcəyi mümkün yenilikdən razı qalıb. Onlar düşünürlər ki, veriləcək qərar futbolçuların zədələnmə riskini azalda və matçların daha qısa müddətdə keçməsinə yardım edə bilər.