CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərişıq"la bağlı daha Tanrıverdi Mustafayevə müraciət etməyin

Tanrıverdi Mustafayev "Azərişıq" sədrinin müşaviri təyin edilib, "Azərişıq"ın mətbuat xidmətinə rəhbərlik Vaqif Aydınoğluna tapşırılıb
Sputnik

BAKI, 5 may — Sputnik. "Azərişıq" Açıq Səhmdar CƏmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev vəzifəsindən azad olunub. Bu vəzifə tanınmış telejurnalist, ATV telekanalının aparıcısı Vaqif Aydınoğluna tapşırılıb.

Qeyd edək ki, Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında xəbəri təsdiq edib.

Uzun illər ərzində mətbuat xidmətinin rəhbəri kimi çalışmış Tanrıverdi Mustafayev də işsiz qalmayıb. Məlumata görə, T. Mustafayev bundan sonra "Azərişıq" sədrinin müşaviri kimi çalışacaq.