SƏHİYYƏ

Ön cəbhədə olan həkimimiz koronavirusdan sağaldı

Namiq Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulan həkimlər sırasındadır. Fevral ayından başlayaraq Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonunda və Olimpiya kəndində karantin xəstəxanalarında xidmət göstərib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Azərbaycanda koronavirusun yeni yayılmış növü olan COVID19-a yoluxan həkim-infeksionist Namiq Nəbiyev sağalaraq evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Namiq Nəbiyev özü məlumat verib.

Avtobus sürücüləri arasında koronavirusa yoluxan olubmu? Rəsmi açıqlama

O, bildirib ki, artıq üç gündür ki, həyat yoldaşı ilə birgə evindədir: "Artıq həyat yoldaşım da mən də tam sağalmışıq. İki dəfə COVID19-a görə testdən keçdik. Hər iki analiz neqativ çıxdı. Bundan sonra bizi evə yazdılar. Hazırda temperaturumuz yoxdur. Sadəcə ümumi halsızlıq var. Bizim səhhətimizə görə narahat olan hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, N.Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulan həkimlər sırasındadır. Fevral ayından başlayaraq Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonunda və Olimpiya kəndində karantin xəstəxanalarında xidmət göstərən, həmçinin Bakı və Bakıətrafı rayon xəstələrinin infeksion qəbulu şöbəsində aktiv çalışan Namiq Nəbiyevin aprel ayının sonlarında koronavirusa yoluxduğu müəyyənləşmişdi. Onun həyat yoldaşında da COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. N. Nəbiyevin həyat yoldaşı isə 3 saylı Şəhər Klinik Xəstəxanasının Qanköçürmə şöbəsinin müdiridir.