CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyə Nazirliyində dəyişiklik - Yeni təyinat var

Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov yeni vəzifəyə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib
Sputnik

BAKI, 4 may — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirin 04.05.2020-ci il tarixli əmrinə əsasən, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov yeni vəzifəyə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Belə ki, G.Poladov Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin edilib.