Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 4 may — Sputnik. Son bir ay ərzində 958 nəfər nikahaqədər müayinədən keçib. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, müayinədən keçənlərin 20-də talassemiya daşıyıcılığı, 1-də isə sifilis aşkarlanıb. Talassemiya daşıyıcılığı olan cütlük qeydə alınmayıb. Eyni zamanda da müayinədən keçənlər arasında HİV1/2 (QİÇS) də aşkarlanmayıb.
Qeyd edək ki, martın 15-dən aprelin 14-dək nikahaqədər müayinə üçün müraciət edən cütlüklərin sayı 45 olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb.