RUSİYA

İlk ciddi təzyiq. Ekspert koronavirusa görə Trampın Çinə təhdidini dəyərləndirdi

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin koronavirusun peyda olması ilə bağlı məsələdə "səhv edib və onu gizlətməyə çalışıb".
Sputnik

BAKI, 4 may — Sputnik. Çin koronavirus ətrafında baş verən vəziyyətə görə ilk dəfədir ki, ABŞ-ın ciddi təzyiqi ilə üzləşir və Pekinin dünya hökmranlığı uğrunda real mübarizəyə hazır olması məsələsi ortaya çıxır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı ekspert, "Rusiya Qlobal Siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov "Telegram" kanalında yazıb.

"Məlumatları gizlətməyə çalışıblar": Pompeo yenə Çini ittiham etdi

"Tramp koronavirusun Uhan laboratoriyasından gələn süni mənşəyini, Çinin epidemiyanın birinci mərhələsində onu gizlətməyə çalışdığını və bunun da dünya pandemiyasına gətirib çıxardığını sübut edən "inandırıcı" açıqlama verəcəyini vəd edir. Pompeo isə iddia edir ki, bu versiyanı təsdiq edən "böyük" sübutlar mövcuddur. Maraqlıdır, hansı sanksiyalar tətbiq olunacaq və Pekin buna nə cavab verəcək. İkincisi, xüsusilə maraqlıdır, çünki Çin bu cür təzyiqlə hələ ki, qarşılaşmayıb. Çinin dünya hökmranlığı uğrunda real mübarizəyə hazır olması məsələsi ortaya çıxır. Çünki burada kompromis nəzərdə tutulmayıb", - Lukyanov qeyd edib.

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin koronavirusun peyda olması ilə bağlı məsələdə "səhv edib və onu gizlətməyə çalışıb". Onun sözlərinə görə, Amerika yeni koronavirusun Uhan şəhərinin laboratoriyasında meydana gəlməsi versiyasını nəzərdən keçirir və onun mənşəyini tapmaq niyyətindədir. ABŞ prezidenti Pekinin koronavirusun qəsdən yayılmasına yol verdiyi məlum olduğu halda Çini ağır nəticələrlə təhdid edib. Bundan əvvəl Çinin Xarici İşlər Nazirliyi bildirib ki, Pekin əvvəldən koronavirusla bağlı məlumatların dərc olunmasında açıq və məsuliyyətli mövqe tutub.