CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa daha çox bu vitamin çatışmazlığı yaşayanlar tutulur

Böyük Britaniya Səhiyyə Xidməti rəsmi internet səhifəsindən insanlara gün ərzindı 10 mikroqram D vitamin qəbul etməyi məsləhət görür.
Sputnik

BAKI, 3 may — Sputnik. Şərqi İngiltərə Universitetinin alimləri koronavirusdan ölüm səviyyəsi ilə D vitamini çatışmazlığı arasında əlaqənin olduğunu aşkarlayıb. Sputnik Türkiyə xəbər verir ki, araşdırmaçılar virusa qarşı ən riskli qrupun D vitamini çatışmazlığı olan insanlar olduğunu hesab edir.

Üzümüzə virus üfürənlərlə mübarizə: Azərbaycanda hər kəs məcburi maska taxacaq?

Belə ki, araşdırma zamanı 20 dən çox ölkənin vətəndaşları arasında D vitamini səviyyələri ilə koronavirusdan ölüm səviyyələri müqayisə edilib və onlar arasında güclü əlaqənin olduğu müəyyən olunub.

Ancaq alimlər D vitamin səviyyəsini yüksəldərək virusun ölümcül hala gətirilməsinin hələ çox tez olduğunu düşünürlər.

Buna baxmayaraq elm adamları hesab edir ki, D vitaminini yüksəltmək qrip və vərəm kimi xəstəliklər də daxil olmaqla tənəffüs yolu xəstəliklərinə yoluxma riskini azaldır.

Qeyd edək ki, Böyük Britaniya Səhiyyə Xidməti rəsmi internet səhifəsindən insanlara gün ərzindı 10 mikroqram D vitamin qəbul etməyi məsləhət görür.