BAKI, 3 may — Sputnik. Rusiyada özünütəcrid dövründə alkoqol istehlakı 2-3% artıb və bu, hər yanda bərabər səviyyədədir.
Sputnik Azərbaycan bildirir ki, bunu “Rossiya-24” kanalında Nailə Əsgərzadəyə müsahibəsində Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.
O xatırladıb ki, virus infeksiyası, xüsusilə də koronavirus zamanı alkoqol müalicədə heç bir effekt vermir, çünki immuniteti zəiflədir. Bundan başqa, ürək-damar xəstəlikləri olan pasiyentlərdə alkoqol xroniki xəstəlikləri kəskinləşdirir.
“Bu şəraitdə alkoqol ümumiyyətlə yolverilməzdir. Heç fikirləşməyin ki, 30-50 millilitr alkoqol sizin immunitetinizi gücləndirə bilər”, - nazir deyib.
Xatırladaq ki, Rusiyada bir sutka ərzində 10633 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu, pandemiya dövrü ərzində rekord artımdır. Sutka ərzində COVID-19-dan ölənlərin sayı 58 nəfər olub. 1626 pasiyent sağalıb. Ümumilikdə Rusiyada COVID-19 xəstələrinin sayı 134687 nəfərdir